Mövzular

Dişi bal arısı

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get (uç)”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı koloniyalarındakı yeganə istisna erkək arılardır. Erkək arılar nə şanın müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək edərlər. Erkək arıların şanın içindəki yeganə işi ana arını dölləndirməkdir.(15) Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqları üçün erkək arıların ana arını dölləndirməkdən başqa iş görmələri də qeyri-mümkündür.
Koloniyanın bütün yükü üzərlərində olan işçi arıların isə, ana arılar kimi dişi olmasına baxmayaraq, onların yumurtalıqları inkişaf etməyibdir, yəni onlar sonsuzdurlar. İşçi arıların, şanı təmizləmək, arı sürfələrinə və körpə arılara qulluq etmək, ana arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək hörmək, onlardakı təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qatran kimi maddələri toplamaq və bunları ehtiyat halında toplamaq kimi vəzifələri var.
Ərəb dilində felin iki növ işlədilməsi mövcuddur və fellərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Belə ki, yuxarıdakı ayələrdə arı üçün işlədilən fellər (altı cızılmış kəlmələr) felin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Lakin Allah bu həqiqətə diqqət çəkərək Quranın bir möcüzəsini daha bizə göstərmişdir.