Mövzular

Barmaq izindəki şəxsiyyət vəsiqəsi

Quranda insanları ölümündən sonra diriltməyin Allah üçün çox asan olduğu bildirilərkən, insanların xüsusən barmaq uclarına diqqət çəkilir:
Bəli; onun barmaq uclarını belə bərpa edib (yenidən) nizama salmağa qadirik. (Qiyamət surəsi, 4)
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki barmaq izindəki formalar və incəliklər, tamamilə hər insanın özünəməxsusdur. Hazırda yer üzündə yaşayan və tarix boyu da yaşamış bütün insanların barmaq izləri bir-birindən fərqlidir. Üstəlik eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son formasını alar və daimi yara olmadığı təqdirdə, ömür boyu sabit qalar. Məhz buna görə də, barmaq izi hər kəsə məxsus çox mühüm "şəxsiyyət vəsiqəsi" sayılır və barmaq izlərini öyrənən elm isə insanlar tərəfindən yanılmaz şəxsiyyət müəyyənləşdirmə üsulu kimi istifadə edilir.
Lakin mühüm məsələ, barmaq izlərinin xüsusiyyətinin yalnız XIX əsrin sonlarına yaxın kəşf edilmiş olmasıdır. Bundan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Lakin Quranda, o dövrdə heç kimin diqqətini belə çəkməyən barmaq izləri vurğulanır və bu izlərin təkcə dövrümüzdə görülən əhəmiyyətinə diqqət çəkilir.