Mövzular

Buludların ağırlığı

Buludların ağırlığı çox heyrətamiz göstəricilərə çatır. Məsələn, kumulo-nimbus növlü fırtına buludunda 300.000 tona yaxın su toplanır.
Göy üzündə 300.000 tonluq kütlənin dayana biləcəyi nizamın "yaradılmış" olması, şübhəsiz ki, heyranlıq oyandıran vəziyyətdir. Quranın digər bəzi ayələrində də buludların ağırlığına belə diqqət çəkilir:
Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Bunlar çox ağır buludları yuxarı qaldırıb yükləndikdə, onları (quraqlıqdan) ölmüş bir şəhərə sürükləyərik və bununla oraya su endirib bütün məhsullardan çıxardarıq. (Əraf surəsi, 57)
Sizə qorxu və ümid məqsədiylə şimşək göstərən və (yağışla yüklü) ağırlaşmış buludları yaradan Odur. (Rad surəsi, 12)
Əlbəttə ki, Quranın nazil edildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatı bilmələri mümkün deyildi. Quran ayələrində diqqət çəkilən və yaxın keçmişdə kəşf edilən bu məlumat, Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən biridir.

 

Yağışdakı miqdar

Quranda yağış haqqında verilən digər bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. Zuxruf surəsində belə buyurulur:
Belə ki, O, göydən müəyyən miqdarda su endirdi ki, onunla ölü bir məmləkəti “diriltdi (və hər yanına həyat) yaydı”; siz də belə (qəbirlərinizdən dirildilib) çıxardılacaqsınız. (Zuxruf surəsi, 11)
Yağışdakı bu miqdar da, yenə dövrümüzdəki tədqiqatlar sayəsində müəyyən edilib. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona (505.000 km3) çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. (mənbə: http://en.wikipedia.org/wiki/Water_cycle)
Digər bir sözlə, su həmişə müəyyən tarazlıq əsasında, “müəyyən miqdar”da dövr edir. Yer üzündə həyatın davamlılığı da bu su dövranı sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan istifadə etsə belə, bu dövranı əsla süni şəkildə gerçəkləşdirə bilməz.
Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa belə, qısa müddət sonra böyük ekoloji natarazlıq yaranacaq və bu da həyatın sonuna səbəb olacaq. Lakin heç vaxt belə olmaz. Çünki Quranda bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda yağmağa davam edər.
Təkcə yağan yağışın miqdarında deyil, eyni zamanda yağış damcılarının düşmə sürətində də müəyyən ölçü var. Yağış damcıları nə qədər böyük olsa da, yer üzünə düşmə sürətləri müəyyən həddən artıq olmaz.
Nobel mükafatı almış alman fiziki Filipp Lenard (Philipp Lenard) araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri artdıqca onların düşmə sürəti də artır. Lakin düşmə sürətindəki bu artım yağış damcısının diametri 4,5 mm. olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.(2) Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini artırır və damcıların müəyyən sürət həddini keçməsinə mane olur.
Göründüyü kimi Quranda, yağışın endiirilməsi ilə bağlı, 1400 il əvvəl bilinməsi mümkün olmayan həssas nizama diqqət çəkilir.

 

 Yağışın əmələ gəlməsi

Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Lakin hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi. Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın “xammalı” külək vasitəsi ilə havaya qalxır, sonra buludlar əmələ gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır.
Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar nəql edilənlərdə isə, tam bu proseslərdən bəhs edilir. Bir ayədə bu əmələgəlmə prosesi haqqında belə bir məlumat verilir:
Allah küləkləri göndərər, beləliklə bir bulud qaldırar ki, onu istədiyi kimi göydə yayar və onu topa-topa edər; nəhayət onun arasından yağış çıxdığını görərsən. Nəhayət Öz qullarından istədiklərinə verdikdə, dərhal sevinərlər. (Rum surəsi, 48)
İndi ayədə ifadə edilən üç mərhələni araşdıraq:
1-ci mərhələ: “Allah küləkləri göndərər...”
Okeanlardakı suyun köpüklənməsi nəticəsində fasiləsiz şəkildə çoxsaylı hava qabarcıqları əmələ gəlir və su zərrəcikləri mütəmadi surətdə havaya fırlanır. Duzlarla zəngin olan bu su zərrəcikləri daha sonra küləklər vasitəsilə aparılar və atmosferə yuxarıya doğru hərəkət edərlər. Aerozol adlandırılan bu kiçik zərrəciklər dənizlərdən qalxan su buxarını “su tələsi” adlandırılan bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud damcılarını əmələ gətirərlər.
2-ci mərhələ: “...beləliklə bir bulud qaldırar ki, onu istədiyi kimi göydə yayar və onu topa-topa edər...”
Duz kristallarının və ya havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gələr. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havada asılı qalar və havaya yayılarlar. Beləliklə, göy buludlarla örtülər.
3-cü mərhələ: “...nəhayət onun arasından yağış çıxdığını görərsən”.
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları xeyli sıxlaşaraq yağış damcılarını əmələ gətirərlər. Beləliklə, havadan daha ağır vəziyyətə gələn damcılar, buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayarlar.
Göründüyü kimi, yağışın əmələ gəlməsindəki hər mərhələ, Quran ayələrində bildirilir. Üstəlik bu mərhələlər düzgün ardıcıllıqla açıqlanıb. Dünyadakı bir çox təbii hadisədə olduğu kimi, bunda da Allah ən doğru açıqlamanı verir, üstəlik bunu kəşf edilməsindən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırır.
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:
Məgər görmürsənmi ki, Allah buludları sürükləyir, sonra onları birləşdirir, sonra da onları üst-üstə toplayır; beləliklə, onun arasından yağış çıxdığını görürsən. Göydən içində dolu olan dağlar (kimi buludlar) endirər, onu istədiyinə tuş edər, istədiyindən də onu uzaq edər; şimşəyinin parıltısı az qala gözləri qamaşdırıb kor edəcək. (Nur surəsi, 43)
Bulud tipləri üzərində tədqiqat aparan elm adamları yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələrlə qarşılaşıblar. Yağışlı buludlar (nimbus) müəyyən sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağışlı buludlardan (nimbus) biri olan kumulo-nimbus növlü buludların əmələgəlmə mərhələləri elmi cəhətdən belədir:
1-ci mərhələ: sürüklənmə - buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovularlar.
2-ci mərhələ: birləşmə - külək tərəfindən qovulan bu kiçik buludlar (kumulo-nimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.
3-cü mərhələ: toplanma - kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki qaldırma qüvvəsi artar. Buludun mərkəzindəki qaldırma qüvvəsi kənarlardakı qaldırma qüvvəsindən daha çoxdur. Bu qaldırma qüvvəsi buludun gövdəsinin şaquli istiqamətdə böyüməsinə səbəb olar. Bununla da buludlar yuxarıya doğru genişlənərək üst-üstə toplanar. Bu da şaquli istiqamətdə böyümüş buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olar. Məhz bu məqamda atmosferin sərin hissələrində buludda olan su damcıları və dolu dənələri böyüməyə başlayar. Bu mərhələlərin nəticəsində su damcıları və dolu dənələri (qaldırma qüvvəsinin onları qaldırmağa gücü çatmayacağı həddə qədər) ağırlaşdıqları zaman da, buludlardan yağış, dolu və s. şəklində düşməyə başlayarlar.
Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, quruluşu və funksiyası ilə bağlı təfərrüatları, təkmilləşmiş avdanlıqlardan (təyyarələr, peyklər, kompyuterlər və s.) istifadə edərək son dövrlərdə öyrəniblər. Görünən budur ki, Allah bu ayələrində də bizə 1400 il əvvəl bilinməsi mümkün olmayan bir məlumat vermişdir.