Mövzular

Dənizlərin bir-birinə qarışmaması

Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın Rəhman surəsində belə bildirilir:
O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. (Rəhman surəsi, 19-20)
Bir-birinə qovuşan, lakin suları bir-birinə qətiyyən qarışmayan dənizlərin ayədə bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən yaxın zamanda kəşf edilib. “Səthi gərilmə” adlandırılan fiziki bir qüvvədən ötrü qonşu dənizlərin sularının qarışmadığı ortaya çıxmışdır. Dəniz sularının fərqli sıxlıqlarından irəli gələn səthi gərilmə, sanki bir divar kimi suların bir-birinə qarışmasını mane olar.
Əlbəttə ki, insanların fizikadan, səthi gərilmədən, okeanologiya elmindən xəbərdar olmadıqları bir dövrdə, bu həqiqətin Quranda bildirilmiş olması son dərəcə diqqətçəkən vəziyyətdir.