Mövzular

Dənizlərdəki qaranlıq və daxili dalğalar

Ya da (inkar edənlərin əməlləri) əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa örtər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qisimi bir qismi üzərində olan qaranlıqlar; əlini çıxartdığı zaman onu belə az qala görə bilməyəcək. Allah kimə nur verməsə, artıq onun üçün nur yoxdur. (Nur surəsi, 40)
Dərin dənizlərdəki ümumi şərait “Oceans” (“okeanlar”) adlı kitabda belə təsvir edilir:
Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olar. Bu dərinlikdə demək olar ki, heç işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.
Hazırkı dövrdə hər hansı dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, duzluluq miqdarı kimi məlumatlarla yanaşı, ondakı su miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da əldə etmək mümkündür. Müasir texnologiyadan istifadə edilərək istehsal edilmiş sualtı qayıqlar kimi vasitələr və müxtəlif xüsusi alətlər, bu məlumatları əldə etməkdə istifadə edilən mühüm vasitədirlər.
Bu alətlər olmadan, insanın dənizin 70 metrdən artıq dərinliyinə getməsi demək olar ki, qeyri-mümkündür. Bununla yanaşı, bir insanın kömək alamadan okeanların 200 metrə yaxın dərinliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də elm adamları dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə kəşf ediblər. Halbuki, əngin (dərin) dənizlərin qaranlıq olması məlumatı Quranda hələ 1400 il bundan əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, dolayısilə insanların dənizlərin dərinliyinə daxil olacaq vasitələrinin olmadığı bir dövrdə, belə bir məlumatın verilmiş olması, əlbəttə ki, Quranın möcüzələrindən biridir.
Bununla yanaşı, Nur surəsinin 40-cı ayəsində bildirilən; “...əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa örtər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır...” ifadəsi də Qurandakı başqa bir elmi möcüzəyə işarə edir:
Elm adamları yaxın zamanda “müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğalar”ın olduğunu kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edər. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səth dalğaları kimi hərəkət edər. Səth dalğaları kimi onlar da sına bilir. Daxili dalğaları insan gözü ilə görülə bilməz, lakin müəyyən zonadakı temperatur və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər.
Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Tədqiqatlar aparmadan bir insan təkcə dənizin səthində olan dalğaların mövcudluğundan xəbərdar ola bilər. Bundan savayı dənizin daxilində baş verən dalğalanmalardan xəbərdar olması isə qeyri-mümkündür. Lakin Nur surəsində Allah dənizlərin dərinliklərində olan ikinci bir dalğa formasına diqqət çəkib. Əlbəttə ki, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət də, Quranın Allahın sözü olduğunu bir daha göstərir.