Mövzular

Fotosintezin səhər vaxtı başlaması

Qaralmağa ilk başladığı zaman gecəyə and olsun və nəfəs almağa başladığı zaman səhərə... (Təkvir surəsi, 17-18)
Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbon qazını, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edər və atmosferə onun əvəzinə oksigen buraxarlar. Nəfəs alanda içimə çəkdiyimiz və əsil həyat mənbəyimiz olan oksigen, fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən əmələ gətirildiyi halda, qalan 70 faiz də dənizlərdə və okeanlarda mövcud olan və fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən əmələ gətirilər.
Fotosintez elm adamlarının bu gün belə hələ tam izah edə bilmədikləri bənzərsiz prosesdir. Bu əməliyyatı adi gözlə görə bilmərik, çünki bu mexanizm fəaliyyətə keçmək üçün atomlardan və molekullardan istifadə edir. Lakin fotosintezin nəticələrini nəfəs almağımızı təmin edən oksigendə və sağ qalmağımızı təmin edən qidalarda görə bilərik. Başa düşülməsi çətin olan kimyəvi düsturlara, gündəlik həyatda heç rastlaşmadığımız kiçiklikdə ədəd və kütlə vahidlərinə malik olan fotosintez, çox həssas tarazlıqlar üzərində qurulmuş bir sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu əməliyyatın həyata keçirildiyi trilyonlarla kimya laboratoriyaları var. Üstəlik bitkilər bizim möhtac olduğumuz oksigeni, qidaları və enerjini milyonlarla ildir bir an da dayanmadan əmələ gətirirlər.
Fotosintezin ən məhsuldar olduğu vaxt oksigenin ən çox əmələ gətirildiyi vaxtdır. Bu da Günəş şüasının ən çox olduğu səhər vaxtlarında gerçəkləşir. Günəşin çıxması ilə birlikdə yarpaqlarda tərləmə prosesi (buxarlanma) və bununla bağlı olaraq da fotosintez sürətlənməyə başlayar. Günortadan sonra isə bu hadisə əksinə baş verər, yəni fotosintez prosesi yavaşlayar, tənəffüs artar, çünki hərarətin artması ilə birlikdə, tərləmə prosesi də sürətlənir. Gecə isə istiliyin azalması ilə tərləmə prosesi yavaşlayar və bitki rahatlanar.
Təkvir surəsində səhər vaxtı ilə bağlı diqqət çəkilən «iza teneffese», yəni «nəfəs almağa başladığı zaman» ifadəsi məcazi mənada tənəffüs etmək, nəfəs almaq, dərindən nəfəs almaq mənalarına gəlir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen əmələgəlmə prosesinin başlaması, nəfəs almağın əsas şərti olan oksigenin ən çox bu vaxtda əldə edilməsi baxımından xeyli diqqətçəkəndir. Ayədə səhər vaxtı ilə bağlı olan bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini ayrıca vurğulayır. XX əsrin mühüm kəşfləri arasında olan fotosintez fəaliyyəti Allahın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.
Aşağıdakı qrafikdə fotosintez və işıq miqdarı arasındakı əlaqə görünür.