Mövzular

Hərəkətlərimizi istiqamətləndirən nahiyə

Xeyr; əgər o, (bu hərəkətinə) son qoymasa, onu kəkilindən (alnından) tutub sürükləyəcəyik; o yalançı, günahkar olan alnından. (Ələq surəsi, 15-16)
Yuxarıdakı ayələrdə qeyd edilən “yalançı, günahkar olan alın” ifadəsi xeyli diqqətçəkəndir. Çünki son illərdə aparılan tədqiqatlar, kəllənin ön alın nahiyəsində hissəsində, beynin bəzi fəaliyyətləri idarə edən hissəsinin olduğunu göstərmişir. 1400 il əvvəl Quranda diqqət çəkilən bu nahiyə və onun vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları, təkcə son 60 il ərzində izah verə biliblər. Kəllənin daxilinə, başın ön hissəsinə baxanda beynin ön alın nahiyəsi görünər. Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar, “Essentials of anatomy and physiology” (“Anatomiya və Fiziologiyanın əsasları”) adlı kitabda belə qeyd olunur:
Hərəkətlərin motivasiyası, planlaşdırma proqnozu və başladılması, alın nahiyələrinin ön hissəsi olan ön alın nahiyəsində (cerebrum) gerçəkləşər. Bu yer assosiasiya (birlik) korteksinin bir nahiyəsidir.
Həmçinin kitabda bu nahiyə ilə bağlı bu ifadələr də qeyd olunur:
Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsinin eyni zamanda aqressiyanın da funksional mərkəzi olduğu düşünülür.(13)
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin ön alın nahiyəsi planlaşdırma, motivasiya, yaxşı və pis hərəkətlərin başladılması, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir.
Göründüyü kimi, Ələq surəsində qeyd edilən “yalançı, günahkar olan alın” ifadəsi ilə yuxarıdakı tərif arasında böyük paralellik var. Elm adamlarının son 60 ildə kəşf etdiyi bu cür elmi həqiqətləri, Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.