Mövzular

Od olmayan yanma

Allah göylərin və yerin nurudur. Onun nurunun məsəli, içində çıraq olan bir taxça kimidir; çıraq bir şüşə içərisindədir; şüşə, sanki mirvari kimi bir ulduzdur ki, şərqə də, qərbə də aid olmayan mübarək bir zeytun ağacından yandırılar; (bu elə ağacdır ki,) demək olar ki, od ona toxunmasa da yağı işıq saçar. (Bu,) nur üstünə nurdur. Allah istədiyini Öz nuruna yönəldər. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir! (Nur surəsi, 35)

Nur surəsindəki bu ayədə işıq verən bir cisimdən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıq verən cismin yanacağının şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Yanacağın mənbəyinin enerji ölçüsündə olması düşünülsə, ayədə təsvir edilən yanacağın elektrik enerjisinə, işıq verən cismin də elektrik lampasına işarə etməsi ehtimal oluna bilər.
Elektrik lampası ayədəki təriflərə olduqca uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıqsaçan bir cisimdir. Elektrik lampası, çıraq, yağ ilə işləyən çıraq və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və elektrik lampasında, ayədəki təriflərə uyğun olaraq od olmadığı halda yanma hadisəsi baş verir. Elektrik lampasının içindəki hərarətə dözümlü olan volfram telinin atomları arasındakı titrəyiş nəticəsində 2000 0C-dən çox hərarət yaranar. Digər metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olar. Lakin bu yüksək istiliyə baxmayaraq, elektrik lampasının içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın hadisəsi baş verməz. Bundan başqa, elektrik lampasının ortasında parıldayan tel də parıldayan ulduzun uzaqdan görünüşünə çox bənzəyir.
Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən elektriklampaları vasitəsilə işıqlandırılması nəzərə alınsa, ayənin məhz bu mühüm kəşfə işarə etməsi düşünlə bilər (doğrusunu Allah bilər).
Bu məsələ ilə bağlı digər bir izah da, ulduzlardakı nüvə reaksiyaları nəticəsində meydana gələn işıq kimi düşünülə bilər. Ulduzlar nüvə reaksiyalarından irəli gələn çox böyük miqdarda istilik və işıq yayan, olduqca isti, parlaq, fırlanan qaz kütlələridir. Yeni əmələ gələn böyük ulduzlar əksərən öz cazibə qüvvələri ilə büzülməyə başlayarlar. Bunun nəticəsində onların mərkəzi daha sıx və daha isti olar. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə (ən azı 10.000.000 0C olanda) isə nüvə reaksiyaları başlayar.(1) Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (termonüvə reaksiyası) heliuma çevrilməsidir. Ulduzlarda kütlənin böyüklüyündən irəli gələn cazibə qüvvəsi, 4 hidrogen atomunu 1 helium atomu əmələ gətirmək üçün birləşdirər. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılar. Hidrogen bitdikdə, ulduzda eyni yolla daha ağır elementlər yaratmaq üçün helium yanmağa (termonüvə reaksiyasına) davam edər. Bu reaksiyalar ulduzun kütləsi bitənədək davam edər.
Lakin ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi yanma hadisəsi baş verməz. Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanma hadisəsi də, əslində, oddan irəli gəlməz. Necə ki, ayədə də bu cür yanma hadisəsinə işarə edilir. Həmçinin ayədə bir ulduzdan, onun yanacağından və od olmayan yanma hadisəsindən (yəni reaksiyadan) bəhs edildiyi düşünülsə, ayənin ulduzlarda işıq əmələgəlmə prosesinə və yanma formasına işarə etdiyini də düşünmək olar (doğrusunu Allah bilər).