Mövzular

Qan dövranı və südün əmələ gəlməsi

Sizin üçün heyvanlarda da, əlbəttə, ibrətlər var, sizə, onların qarınlarındakı fərs (yarımçıq həzm olunmuş qidalar) ilə qan arasından çıxan, içənlərin boğazından rahat keçən dumduru süd içirdirik. (Nəhl surəsi, 66)
Vücudun qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gələr. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçər. Beləliklə, bu qida maddələri qan dövranı sayəsində müvafiq orqanlara ötürülər.
Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanarlar. Buna görə də qan, qidalardan gələn qida maddələrinin yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilər və həzm edilmiş qidanın qan dövranı ilə daşınması nəticəsində əmələ gəldiyi üçün qida dəyəri xeyli yüksəkdir. İnsanlar nə heyvanın qarnındakı yarımçıq həzm olunmuş qidanı, nə də heyvanın qanını birbaşa istehlak edə bilərlər. Bunları birbaşa istehlak etmələri ciddi zəhərlənmələrə, hətta ölümə səbəb ola bilər. Lakin Allah, yaratdığı son dərəcə mürəkkəb bioloji sistemlər sayəsində, bu mayelərin içindən təmiz və sağlam bir qidanı insanların faydasına təqdim edir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qan və yarımçıq həzm olunmuş qidadan içilən xüsusiyyətdə, qidalandırıcı süd əmələ gəlmiş olar.
Ərəb alimi İbn ən-Nəfis, 1242-ci ildə insan vücudundakı qan dövranını ilk dəfə doğru təsvir edən insan olmuşdur. İngilis həkim Uilyam Harveyin (William Harvey) 1616-cı ildə elan etdiyi qan dövranı modeli isə, mövzu haqqındakı məlumatların yayılmasında təsirli olmuşdur. Dolayısilə Quranda südün komponentlərinin əsil mənbəyi, əsrlərlə əvvəl ən doğru şəkildə təsvir edilmişdir. Məməlilərin həzm sisteminə, qan dövranına dair mütəxəssislik tələb edən belə bir məlumatın, Quranın endirildiyi dövrdə insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı son dərəcə aydındır. Göründüyü kimi, Nəhl surəsinin 66-cı ayəsində südün bioloji əmələgəlmə prosesi ilə bağlı tərif edilənlər, Fiziologiya və Anatomiya kimi elmlərin hazırkı dövrdə ortaya qoyduğu məlumatlarla böyük uyğunluq təşkil edir.